Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb

Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb

Cüdo

Bugün, 11:52

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq.

Olimpnews.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. N.Umbayev cüdo üzrə dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir. O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən mundialın hakimlər heyətinə daxil edilib. Dünya çempionatı oktyabrın 4–11-də Milli Gimnastika Arenasında keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR