Azərbaycan boksçusu Şəhla Allahverdiyeva Polşada keçirilən III Avropa Oyunlarında ilk görüşünü keçirib. Yarışda 66 kiloqram çəki dərəcəsində gücünü sınayan yığmamızın üzvü səkkizdəbir finalda Oşin Deriyuv (Belçika) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb. Belçikalı 5:0 idmançı hesabı ilə qalib gəldiyindən Ş.Allahverdiyeva yarışla vidalaşıb.
Bu gün daha iki boksçumuz rinqə çıxacaq. Məsud Yusifzadə (51 kq) Atilla Bernatla (Macarıstan), Murad Allahverdiyev (80 kq) Nikita Niystedlə (Finlandiya) üz-üzə gələcəklər.