Daha bir badmintonçumuz Avropa Oyunlarına uğurla start verdi

Daha bir badmintonçumuz Avropa Oyunlarına uğurla start verdi

Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən Avropa Oyunlarında ilk görüşünü keçirib.

Qadın badmintonçuların şəxsi yarışında "D" qrupunda ilk görüşündə Litva idmançısı Samanta Qolubikaite ilə qarşılaşan Zəhra inamlı qələbə qazanıb. Hər iki setdə rəqibindən üstün oyun sərgiləyən badmintonçumuz rəqibini 2:0 (21-16,21-19) hesabı ilə məğlub edib.