Orxan Məmmədov Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşüb

Orxan Məmmədov Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Minifutbol Federasiyasının prezidenti və “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov İstanbulda Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi ilə görüşüb.

Görüş zamanı federasiyaların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə mümkün layihələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bundan başqa, idarəetmə sahəsində müəyyən təcrübələr bölüşülüb. Sonda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.