«O, «Real»da oynamaq üçün dünyaya gəlib»

«O, «Real»da oynamaq üçün dünyaya gəlib»

Madrid “Real”ının müdafiəçisi Naço «Union Berlin»lə matçdan danışıb. O, bildirib ki, biz qrupda əsas məsələni vaxtından əvvəl həll etməliyik. «Belə bir atmosferdə azarakeşləri məyus etmək olmaz. Komandamızda Cud Bellingem kimi futbolçu var. Hesab edirəm ki, o «Real»da oynamaq üçün dünyaya gəlib. İnanırıq ki, onun uğurlu çıxışı davam edəcək» , - deyə vurğulayıb.