İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsi imzalanacaq

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsi imzalanacaq

Bu gün MOK-un inzibati binasında Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi ilə əlaqədar “Cüdo Klub-2012” İctimai Birliyi arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçiriləcək. Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən xəbər verilib. MOK-da keçiriləcək mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “Cüdo Klub-2012” ictimai birliyinin sədri Azər Əsgərov, klubun direktoru Mübariz Cəfərov, rəsmi qonaqlar və media nümayəndələri iştirak edəcəklər.