Futbol tarixinin ən etibarlı müdafiəçilərindən biri olan braziliyalı Kafu çətin günlər yaşayır. “Corriere Della Sera”nın yaydığı xəbərə görə, maddi problemlər yaşayan veteran futbolçu evini satmalı olub. Mənbənin məlumatın görə, real dəyəri 8 milyon dollar olan ev təxminən 5 milyona satılıb. 45 gün ərzində evini tərk etməli olan Kafu yaşadığı evin müsadirə olunmasının qarşısını almaq istəsə də, məcburi satış baş tutub. 2019-cu ildən problemli sərmayələr səbəbindən sıxıntı yaşayan Kafu daha əvvəl beş evini satmalı olub.
Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə Braziliya millisinin heyətində dünya çempionu olub
Dünya çempionu maddi problemlərlə üzləşib