Matteus: "Komandada lider görmürəm"

Matteus: "Komandada lider görmürəm"

Almaniya millisinin sabiq müdafiəçisi Lotar Matteus "Bavariya"nın cari mövsümdəki problemləri ilə bağlı fikirlərini bölüşüb. “Bavariya” təkcə turnirlərdə qalibiyyətlə yanaşı, gözəl oyun nümayiş etdirmək istəyən klubdur. Amma hazırda komandada lider görmürəm. Onlar haradadırlar? Bəli, qapıda Noyer, hücumda da Keyn var. Müdafiədə və yarımmüdafiədə lider kimdir? Komandaya yeni liderlər lazımdır» - deyə Matteus «Sky Sport Germany»nin müxbirinə  müsahibəsində bildirib.