ABŞ-ın Solt-Leyk-Siti şəhəri 2034-cü ildə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ərizə verib.
Beynəlxalq Olimpiya Komitəsinin komissiyası yarışa hazırlığı qiymətləndirmək üçün aprelin 9-dan 13-dək şəhərə səfər edəcək.
Solt-Leyk-Siti hazırda bu turniri təşkil etmək üçün yeganə namizəddir. Yuta ştatının paytaxtı 2002-ci ildə də Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.