Müsahibimiz Şəmkir Olimpiya İdman Kompleksinin direktoru, Pekin Olimpiadasının bürünc mühafatçısı Mövlud Mirəliyevdir. Onunla görüşüb rəhbərlik etdiyi kompleksin fəaliyyəti və idmanla bağlı söhbət etdik: - Mövlud, sən Pekin Olimpiadasının mükafatçısı, tanınmış cüdoçusan. Hazırda Şəmkir Olimpiya İdman Kompleksinə rəhbərlik edirsən. Kompleksin fəaliyəti ilə bağlı nə deyə bilərsən?
- Kompleksin fəaliyyətini normal hesab edirəm. 2009-cu ildən fəaliyyətə başlayan kompleksdə rayon və zona birincilikləri keçirilir, gənclər və yeniyetmələr güləş, cüdo, boks və bir necə qeyri- olimpiya növləri ilə məşğul olurlar. Bu gün respublikamızın bütün bölgələrində olduğu kimi, Şəmkirdə də idmana böyük maraq var. Bu isə ölkə rəhbərliyinin idmana göstərdiyi diqqqət və qayğının nəticəsidir.
- Bəs, şəmkirli yeniyetmələr ən çox hansı idman növünə maraq göstərirlər?
- Yeniyetmələrin əksəriyyəti cüdo və güləşlə məşğul olurlar. Komplesdə çox sayda idmançı idmanın sirlərinə yiyələnirlər. Bu , sevindirici haldır. İdmanla məşğul olmaq həm mənəvi , həm də fiziki cəhətdən güclü olmaq deməkdir. Komplesdə 300-dən çox idmançı idmanın müxtəlif növləri ilə həvəslə məşğul olurlar. Onlar arasında perspektivli idmançılar var. Burada fəaliyyət göstərən məşqçilər də səylə çalışırlar.
- Mövlud, Şəmkirdə gənc nəslin idmana böyük maraq göstərdiyini dedin. Bəs, qızlar necə, idmana maraq göstərirlərmi ?
- Düzünü deyim ki, rayon bölgəsində qızların idmana marağı o dəqər də qənaətbəxş deyil. Lakin zamanla onların da idmana olan maraqlarının artac ağını düşünürəm.
- Bir Olimpiya mükafatçısı kimi cüdonun bugünkü vəziyyəti ilə bağlı nə deyə bilərsən?
- Cüdonun bugünkü fəaliyyətini normal hesab edirəm. Bu idman növünə hər zaman böyük maraq var. Ölkəmizdə tanınmış cüdoçular az deyil. Onların qazandıqları nailiyyətlər idmana yeni başlayan hər bir idmançıya böyük həvəs verir. Qarşıda idmançılarımızı böyük sınaqlar gözləyir. Ümid edirəm ki, 2016-cı ildə Braziliyada idmançılarımız yenə də böyük qələbələr qazanacaqlar.
- Yeri gəlmişkən, idmançının uğur qazanmasının sirrlərini nədə görürsən?
- Zənnimcə, idmançıda dözüm, səbr, cəldlik və cəsarət olmalıdır. Bu xüsusiyyətləri özündə birləşdirən idmançı mütləq uğur qazanacaq...