Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat yol qəzasına düşüb.
"Olimpnews.az" Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, yol qəzası nəticəsində xəsarət alıb. Xəsarət alan H.Büyükfırat Bakıdakı özəl klinikaların birinə yerləşdirilib.
Hazırda onun müalicələri davam etdirilir.
Qeyd edək ki, türkiyəli iş adamı 1992-ci ildən Azərbaycanda yaşayır. O, "Büyükfırat" Şirkətlər Qrupunun prezidentidir.