Gimnastlarımızdan uğurlu nəticə 

Gimnastlarımızdan uğurlu nəticə 

Azərbaycan gimnastları Portuqaliyanın Maya şəhərində akrobatika növündə keçirilən Dünya Kubokunda uğurlu çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamız turnirdə qızıl və gümüş medal qazanıb.

Daniel Abbasov və Murad Rəfiyev kişi cütlərin yarışında çempionluq sevinci yaşayıb. Ağasif Rəhimovla Raziyə Seyidli isə qarışıq cütlərin mübarizəsində ikinci yeri tutub.