Bu gün daha bir cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır 

Bu gün daha bir cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır 

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Yarışların üçüncü günündə daha bir cüdoçumuz mübarizəyə başlayacaq.
-81 kq çəki dərəcəsində Zelim Tçkayev tatami üzərinə çıxacaq. 
Cüdoçumuz ilk mərhələdə İtaliya təmsilçisi Antonio Espozito ilə üz-üzə gələcək. 
Qeyd edək ki, komandamızın aktivində hazırda bir qızıl medal var. Yeganə medalı komandamıza -73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov qazandırıb.