Güləş üzrə məktəblilərin Respublika çempionatı keçirilib

Güləş üzrə məktəblilərin Respublika çempionatı keçirilib

FHN İdman-Sağlamlıq Klubunda güləş üzrə Məktəblilərin Respublika çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən verilən məlumata görə, Elm və Təhsil Nazirliyi və AGF-in ortaq təşkilatçılığı ilə keçirilən birincilikdə 15 yaşadək şagirdlər mübarizə aparıb. Respublikanı əhatə edən 14 region üzrə keçirilən zona yarışlarında hər çəkidə ilk 2 yeri tutan güləşçilər final mərhələsində iştirak etmək hüququ qazanıb. Məktəblilərin Respublika çempionatında qaliblər 11 çəki üzrə müəyyənləşib. Bu birincilikdə əlavə olaraq 35 kq-da da yarış keçirilib.