"Qarabağ" 2024/2025 mövsümü öncəsi ilk transferini reallaşdırıb.
Ağdam klubunun mətbuat xidmətindən verilən məlumata görə, klub heyətini qapıçı Fabiyan Buntiçlə gücləndirib.
Almaniya vətəndaşlığına malik xorvatiyalı qolkiperlə üç illik müqavilə imzalanıb. Dəri əlcək sahibi 2027-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.
27 yaşlı qapıçının son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, F. Butniç Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.