Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında növbəti finalçının adına aydınlıq gəlib. "Siqnal İduna Park"da keçirilən oyunda Niderland və İngiltərə yığmaları üz-üzə gəlib. Oyun ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 7-ci dəqiqədə Niderlandın heyətində Xavi Simon açıb. İngiltərə seçməsi 17-ci dəqiqədə Harri Keynnin penaltidən vuruduğu qolla hesabı bərabərləşdirib. 90-cı dəqiqədə Olli Votkins fərqlənərək İngiltərə millisinə qələbə qazandırıb. Beləliklə, İngiltərə millisi finalda İspaniya yığmasına rəqib olub. Final qarşılaşması iyulun 14-də təşkil olunacaq.
AVRO-2024: İngiltərə millisi finala vəsiqə qazandı