Paris-2024-də neçə rusiyalı idmançı iştirak edəcək?

Paris-2024-də neçə rusiyalı idmançı iştirak edəcək?

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında iştirak edəcək rusiyalı idmançıların yekun siyahısını təsdiqləyib. 15 nəfərdən ibarət siyahı Paris-2024 Təşkilat Komitəsinin saytında dərc olunub. Belə ki, velosiped yarışlarında Tamara Dronova, Alena İvançenko, Gleb Syritsa, batut gimnastikasında Angela Bladtseva, tennisdə Daniil Medvedev, Roman Safiullin, Yekaterina Aleksandrova, Mirra Andreeva, Pavel Kotov, Diana Şnayder, Elena Vesnina, kayak və kanoedə Zaxar Petrov, Aleksey Korovaşkov, Olesya Romasenko, üzgüçülükdə isə Yevgeni Somov çıxış edəcək.

Xatırladaq ki, rusiyalı idmançılar yarışda neytral idmançı kimi iştirak edəcəklər.