Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən kamandan oxatma yarışları davam edir. Oyunlarda ölkəmizi təmsil edən Azərbaycan idmançısı Yaylagül Ramazanova növbəti görüşünə çıxıb. Təmsilçimiz 1/32 finalda çinli An Qixuanla üz-üzə gəlib. Rəqibinə 6:5 hesabı ilə qalib gələn idmançımız növbəti mərhələyə vəsiqə qazanıb. İdmançımızın 1/16 finaldakı rəqibi almaniyalı Mişel Kroppen olub.
Lakin təmsilçimiz bu mərhələdə 2:6 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, kamandan oxatma yarışlarını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev də izləyib.
Paris-2024: kamandan oxatanımız mübarizəni dayandırdı