Paris-2024: kamandan oxatanımız mübarizəni dayandırdı

Paris-2024: kamandan oxatanımız mübarizəni dayandırdı

Olimpizm xəbərləri

30.07.2024, 21:09

Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən kamandan oxatma yarışları davam edir. Oyunlarda ölkəmizi təmsil edən Azərbaycan idmançısı Yaylagül Ramazanova növbəti görüşünə çıxıb. Təmsilçimiz 1/32 finalda çinli An Qixuanla üz-üzə gəlib. Rəqibinə 6:5 hesabı ilə qalib gələn idmançımız növbəti mərhələyə vəsiqə qazanıb. İdmançımızın 1/16 finaldakı rəqibi  almaniyalı Mişel Kroppen olub.  Lakin təmsilçimiz bu mərhələdə 2:6 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.  Qeyd edək ki, kamandan oxatma yarışlarını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev də izləyib. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR