Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən cüdo yarışları davam edir. Bu gün Azərbaycan komandasının daha bir üzvü Zelim Kotsoyev tatami üzərinə çıxıb. -100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz 1/8 finalda polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Cüdoçumuz rəqibinə qalib gələrək 1/4 finala vəsiqə qazanıb. idmançımızın növbəti mərhələdəki rəqibi İsrail təmsilçisi Peter Palçik olacaq.
Qeyd edək ki, Paris-2024-də Azərbaycan komandasının aktivində hazırda 1 qızıl medal var. Yeganə medalı komandamıza cüdo yarışlarnın üçüncü günündə Hidayət Heydərov (-73 kq) qazandırıb.
 
             
                                     
                                     
                                     
                                     
                             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        