UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələdə 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələdə 

Azərbaycanın "Sabah" futbol klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb. Paytaxt təmsilçisi "Makkabi" (Hayfa, İsrail) klubu ilə qarşılaşıb. Bakıdakı “Bank Respublika Arena”da təşkil olunan məhsuldar görüş qonaq komandanın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçisim səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabər olub və qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Burada da qalib tərəf bəlli olmadığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında daha dəqiq oynayan (3:2) "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.