Paris-2024: Rafiq Hüseynov və Həsrət Cəfərovun rəqibləri müəyyənləşdi

Paris-2024: Rafiq Hüseynov və Həsrət Cəfərovun rəqibləri müəyyənləşdi

Olimpizm xəbərləri

06.08.2024, 21:26

Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində təşkil olunan yunan-Roma güləşi üzrə yarışlarda növbəti günün püşkatma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan idmançılarının da rəqibləri müəyyənləşib. Belə ki, klassiklərimizdən Həsrət Cəfərov (67 kq) ilk mərhələdə misirli Mohamed Elsayedlə qarşılaşacaq. Rafiq Hüseynov (87 kq) isə macarıstanlı David Loşontsi ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan başlayacaq.

7 avqust Yunan-Roma güləşi

67 kq Həsrət Cəfərov - Mohamed Elsayed (Misir)

87 kq Rafiq Hüseynov – David Loşontsi (Macarıstan)

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR