Paris-2024: Taekvondoçumuz yarımfinalda

Paris-2024: Taekvondoçumuz yarımfinalda

BOK

07.08.2024, 17:54

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb. 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bu mərhələdə ispaniyalı Adrian Visente ilə qarşılaşıb. Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz ilk hissədə 11:5, ikinci yarıda isə 13:11 hesablı qələbə qazanıb. Avropa çempionatlarının qızıl və bürünc mükafatçısı qələbə sayəsində yarımfinala vəsiqə əldə edib.  

Qeyd edək ki, idmançımız ilk görüşdə irlandiyalı Cek Uolleyə qalib gəlib. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR