Çingiz Hüseynzadə: "Paris Olimpiadasında keyfiyyətə görə daha yaxşı nəticə qazandıq"
BOK
11.08.2024, 00:49
“Ümid edirəm ki, Paris-2024-də medallarımızın sayı yeddi olacaq”
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılan nəticələr barədə danışarkən deyib. MOK rəsmisi müsahibəsində Tokio-2020-dəki medal sayının təkrarlanacağına inandığını bildirib: “Güləşçimiz Maqomedxan Maqomedxanovun sabah üçüncü yer uğrunda görüşdə bürünc medal qazanacağına inanıram. Paris Olimpiadasında keyfiyyətə görə daha yaxşı nəticə qazandıq. Çünki iki qızıl medalımız var. Düşünürəm ki, Parisdə digər idman növlərində də yaxşı nəticələr qazanmışıq. Qadın basketbolçularımızın olimpiadada 7-ci yeri tutması, xüsusilə də Amerika və Çin komandalarına qalib gəlməsi çox böyük uğurdur. Eyni zamanda bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci yeri tutu. Bu da böyük uğur hesab edilə bilər. Həmçinin atletikada Anna Skidanın nəticəsini qeyd etmək istərdim. Bu növdə finala çıxan idmançımız olmamışdı. Həmişə öyrəşdiyimiz güləşdə, taekvondoda, cüdoda deyil, artıq başqa idman növlərində də müəyyən uğurlarımız var”. Ç.Hüseynzadə Paris-2024-də güləşçilərdən gözlənilən nəticələri vermədiklərini də vurğulayıb: “Güləşçilərimiz bir qədər ümidləri doğrultmadılar. Tokio-2020-də gümüş medal qazanmışdıq. Buna uğursuzluq deməzdim. Bu problemi yığmadakı nəsildəyişmə prosesi ilə əlaqələndirirəm. Yaş məsələsi də buna imkan vermədi. Ümid edirəm ki, yeni gənclər yetişəcək. Artıq onlardan uğurlu nəticələr gözləməyə dəyər”. Qeyd edək ki, Azərbaycan Olimpiya komandası Paris-2024-də hələlik 6 (2 qızıl, 2 gümüş, 2 bürünc) medal qazanıb. Komandamızın üzvlərindən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) və boksçumuz Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma
-
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
01.09.2026, 11:55 Futbol
-
Mudrik "Tottenhem"də
01.09.2026, 11:45 Futbol
-
İdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
01.09.2026, 11:36 AMADA
-
Robert Sançes İtaliyaya yollanır
01.09.2026, 10:46 Futbol
-
Voleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
01.09.2026, 10:00 Voleybol
-
"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
01.09.2026, 02:07 Futbol