Azərbaycan Qran-Prisi: Üçüncü sərbəst yürüş başa çatdı

Azərbaycan Qran-Prisi: Üçüncü sərbəst yürüş başa çatdı

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisində ikinci yarış gününə start verilib. Bu gün ilk olaraq yarış çərçivəsində üçüncü sərbəst yürüş təşkil olunub. Ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.

"Ferrari"dən Şarl Lekler ikinci, "McLaren"dən Lando Norris üçüncüdür.

Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə Şarl Lekler fərqləniblər.

Bu gün həmçinin Formula 2-də sprint yarışı və birinci dərəcəli pilotların sıralama turu da təşkil olunacaq.