FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, o, FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib.
AFFA-nın keçmiş icraçı vitse-prezidentinin müavini isə İsveçrə millisinin sabiq yarımmüdafiəçisi Jelson Fernandeş olub.
Qeyd edək ki, E.Məmmədov noyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.