Azərbaycanın boks millisi sabah Polşanın Keltse şəhərində Feliks Stammın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə mübarizəyə başlayacaq.
Komandamız yarışda məşqçi Ceyhun Abiyevin rəhbərliyi altında 2 boksçu ilə təmsil olunacaq.
Yığmamızın üzvlərindən Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) rinqə çıxacaqlar.
Qeyd edək ki, beynəlxalq turnir 4 gün davam edəcək.