Badmintonçularımız beynəlxalq turnirin mükafatçıları sırasında yer aldılar

Badmintonçularımız beynəlxalq turnirin mükafatçıları sırasında yer aldılar

Azərbaycan badmintonçuları Aqil Qabilov və Era Maftuha Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Future" seriyalı "Kampala İnternational 2024" beynəlxalq turnirində gümüş medal qazanıb.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mübarizəyə 1/16 finaldan başlayan Aqil - Era tandemi qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına yüksəlib.

Qızıl medal uğrunda keçirilən qarşılaşmada Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria - Lim Xuan cütlüyünə hər iki setdə uduzan (18:21,17:21) badmintonçularımız gümüş medalla kifayətlənib.