İman Xelif: “Tezliklə peşəkar boks dünyasına daxil olacağam”

İman Xelif: “Tezliklə peşəkar boks dünyasına daxil olacağam”

Paris-2024 Yay Olimpiya Oyunlarının boks üzrə əlcəzairli çempionu İman Xelif gələcək karyerası barədə danışıb.

“Tezliklə peşəkar boks dünyasına daxil olacağam. Harada çıxış edəcəyim barədə hələki, qərar verməmişəm. Olimpiya çempionluğu peşəkar idmanda böyük əhəmiyyət kəsb edir. Lakin daha böyük arzularım var. İstəyirəm ki, azarkeşlər məni peşəkar döyüşlərdə də görüb, dəstəkləsinlər”, - deyə “En Nahar” portalı Xelifdən sitat gətirilib.

Məlumat üçün bilidirək ki, əlcəzairli idmançı 2023-cü il keçirilən dünya çempionatında gender testindən keçə bilməmişdi.

Buna baxmayaraq onun Olimpiya Oyunlarında iştirakına icazə verilmişdi. Paris-2024-də qadınların 66 kq çəki dərəcəsində final görüşündə o, çinli Yang Liu üzərində qələbə qazanmışdı.