Fərid Qayıbov COP9-un Büro İclasında iştirak edib

Fərid Qayıbov COP9-un Büro İclasında iştirak edib

Gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti kimi büronun iclasında iştirak edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfrans Estoniyanın paytaxtı Tallində təşkil olunub.

Tədbirdə dopinqə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, effektiv strategiyaların tətbiqi və ölkələr arasında təcrübə mübadiləsinin təşviqi kimi mühüm məsələlər müzakirə edilib.

Fərid Qayıbov COP9-un Büro İclasında iştirak edib