Yanvarın 9-12-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 800-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq. Birinciliyin fərdi yarışları yanvarın 9-11-də, komanda yarışları isə 12-də keçiriləcək.