Mbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu

Mbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu 

Futbol

20.07.2026, 08:56

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın bombardiri olub. 

Olimpnews.az xəbər verir ki, fransalı hücumçu turniri 10 qol, 4 məhsuldar ötürmə ilə başa vurub. Bununla da 27 yaşlı hücumçu iki dünya çempionatında bombardir olan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Mbappe 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında 8 qolla yadda qalmışdı.

Fransalı futbolçu 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal əldə edib. O, dünya çempionatları tarixində 22 qolla ən çox fərqlənən futbolçudur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR