Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start

Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start

Cüdo

Bugün, 11:40

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Olimpnews.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə tatami üzərinə çıxıb. Cüdoçumuz ilk görüşünü qələbə ilə başa vurub. 81 kq çəki dərəcəsində yarışan idmançı 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovu məğlub edib.

V.Qələndərzadə 1/16 finalda estoniyalı Saad Dikayevlə qarşılaşacaq. 

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR