Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
Cüdo
16.07.2026, 14:44
Bu gün oktyabrın 4-11-də Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı təşkil olunub.
Olimpnews.az xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin nümayəndələri, media mənsubları və qonaqlar iştirak ediblər.
Əvvəlcə dünya çempionatının rəsmi loqosunun təqdimat videosu və yarışın tanıtım çarxı nümayiş olunub.
Mətbuat konfransında çıxış edən ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, səkkiz ildən sonra böyüklər arasında dünya çempionatının yenidən Azərbaycanda keçirilməsi ölkə cüdosu üçün mühüm hadisədir.
"Bu il Bakı idman paytaxtıdır. Belə mötəbər yarışın məhz paytaxtımızda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Dünya çempionatını indiyədək keçirilmiş ən yaxşı çempionatlardan birinə çevirmək əsas hədəfimizdir. Bu işdə medianın dəstəyi xüsusi rol oynayacaq və azarkeş marağının artmasına ciddi töhfə verəcək", – deyə o bildirib.
R.Rəsullu qeyd edib ki, dünya çempionatının yüksək səviyyədə təşkili üçün Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Beynəlxalq Cüdo Federasiyası və tərəfdaş qurumlarla sıx əməkdaşlıq aparılır.
Federasiya rəsmisi bilet satışının iyulun 2-dən başladığını xatırladaraq əlavə edib: "Bu günə qədər 670 bilet satılıb. Satılan biletlərin təxminən 80 faizi xarici ölkələrdən alınıb. Artıq 20-yə yaxın ölkədən cüdosevərlər yarış üçün bilet əldə ediblər. Bu da dünya çempionatına beynəlxalq marağın yüksək olduğunu göstərir."
O, Beynəlxalq Cüdo Federasiyasının yarışın rəsmi əsasnaməsini dərc etdiyini də diqqətə çatdırıb: "Əsasnamədə media akkreditasiyası ilə bağlı bütün prosedurlar ətraflı göstərilib. Jurnalistlərdən xahişimiz odur ki, akkreditasiya üçün mümkün qədər tez müraciət etsinlər."
R.Rəsullunun sözlərinə görə, Bakıda keçiriləcək dünya çempionatında 80-90 ölkədən 600-dən çox cüdoçunun iştirakı gözlənilir. O bildirib ki, yarışda yalnız dünya reytinqində ilk 100-lükdə qərarlaşan idmançılar mübarizə aparacaq, təşkilatçı ölkə kimi Azərbaycan isə müəyyən imtiyazlardan yararlanacaq.
Federasiya rəsmisi həmçinin Yaponiya və Fransanın heyətlərini artıq açıqladıqlarını qeyd edərək bildirib: "Teddi Riner, Hifumi Abe, Uta Abe və digər tanınmış cüdoçuların Bakıda çıxışı dəqiqləşib. Dünya çempionatı reytinq xarakterli olduğuna görə, demək olar ki, bütün aparıcı idmançılar iştirak edəcəklər."
Azərbaycan millisinin hazırlığından danışan R.Rəsullu bildirib ki, komandanın hazırlığı Paris Olimpiadasından dərhal sonra başlayıb və plan üzrə davam edir.
"Hazırda kişilərdən ibarət yığma Şəkidə, qadınlardan ibarət komanda isə Şamaxıda hazırlıq keçir. Qarşıdakı mərhələlərdə Qazaxıstan və Xorvatiyada təlim-məşq toplanışları, həmçinin beynəlxalq yarışlarda iştirak nəzərdə tutulur. Dünya çempionatı üçün yekun heyət sentyabr ayında son reytinq yarışlarından sonra müəyyənləşdiriləcək", - deyə o vurğulayıb.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
09.10.2026, 16:11 Atletika
-
Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı keçirilib
09.10.2026, 15:10 Su idman növləri
-
Zelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı
09.10.2026, 13:30 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
09.10.2026, 12:50 MOK
-
Azərbaycan Premyer Liqasında yeddinci tura start verilir
09.10.2026, 11:25 Futbol
-
Basketbol Liqasında ikinci tur başlayır
09.10.2026, 11:08 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
09.10.2026, 10:54 Cüdo
-
8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
09.10.2026, 10:35 Boks
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
09.10.2026, 10:00 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
08.10.2026, 18:40 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
08.10.2026, 15:55 MOK
-
Cüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
08.10.2026, 15:47 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
08.10.2026, 15:16 Cüdo
-
Avropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
08.10.2026, 11:01 Boks
-
Azərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
08.10.2026, 10:52 Futbol
-
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
08.10.2026, 10:39 Atletika
-
Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
08.10.2026, 10:31 Olimpiya dünyası
-
Dünya çempionatında beşinci yarış gününə start verilir
08.10.2026, 10:03 Cüdo
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
07.10.2026, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
07.10.2026, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
07.10.2026, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:36 Cüdo
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
07.10.2026, 18:16 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
07.10.2026, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
07.10.2026, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
07.10.2026, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
07.10.2026, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
07.10.2026, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
07.10.2026, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
07.10.2026, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
07.10.2026, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
07.10.2026, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
07.10.2026, 11:40 Cüdo