Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatdı 

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatdı 

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Mərhələnin ikinci oyun günündə azarkeşlər daha dörd qarşılaşma izləyiblər. Günün ilk oyununda Belçikanın "Brügge" komandası doğma meydanda İtaliyanın "Atalanta" klubuna minimal hesabla qalib gəlib -2:1. Günün digər oyununda "Feyenoord" Niderlandda İtaliyanın "Milan" klubunu 1:0 hesabı ilə məğlub edib. Şotlandiya "Seltik"i isə doğma meydanda Almaniyanın "Bavariya" klubuna  1:2 hesabı ilə uduzub. Günün digər maraqla gözlənilən oyununda isə Portuqaliya təmsilçisi "Benfika" səfərdə Fransanın "Monako" klubu üzərində qələbə qazanıb -0:1. Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmalarına fevralın 18-də start veriləcək.