Dünyanın məşhur idman saytlarından biri "İnside The Games”də fevralın 18-də Milli Olimpiya Komitəsinin IX hesab-seçki Baş Məclisi ilə bağlı yazı dərc olunub.
Yazıda Baş Məclisdə Azərbaycan Prezidenti İlham Əliyevin yekdilliklə yenidən dörd illik müddətə Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi qeyd edilib. Məqalədə Milli Olimpiya Komitəsinin 2022-2024-cü illər üzrə fəaliyyəti haqqında hesabat məruzəsinin dinlənildiyi və təsdiq edildiyi, həmçinin İlham Əliyevlə yanaşı, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayevin MOK-un İcraiyyə Komitəsinin üzvü seçilməsi barədə məlumat da yer alıb.
"İnside The Games” saytında paylaşılan xəbərin tam mətnini oxumaq üçün aşağıdakı linkə keçid alın:
https://www.insidethegames.biz/articles/1151920/ilham-aliyev-azerbaijan-presiddent-noc