Bu il Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü atılıb.
Püşkatma mərasimində Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Elşad Quliyevin baş məşqçi olduğu yığma Mavritaniya, Sloveniya və Bəhreyn komandaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.
Turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.
            
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
        
                        
                        
                        
                        
                        
                        
                        
                        

