Olimpiya mükafatçımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

Olimpiya mükafatçımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. Turnirin üçüncü günündə bir cüdoçumuz tatami üzərinə çıxacaq. Kişilər arasında 100 kq çəki dərəcəsində Elmar Qasımov mübarizə aparacaq. 

Qeyd edək ki, Azərbaycan təmsilçiləri yarışın ilk iki gününü medalsız başa vurublar. Turnirə bu gün yekun vurulacaq.