«Qremmi» istəyən Olimpiya çempionu: «Dostlarımla gündə altı saat domino oynayıram»

«Qremmi» istəyən Olimpiya çempionu: «Dostlarımla gündə altı saat domino oynayıram»

Atletika üzrə səkkizqat Olimpiya çempionu, yamaykalı sprinter Useyn Bolt peşəkar idmandan sonra məşğul olduğu hobbilərindən danışıb. İdmançı musiqi ilə maraqlanır və bir neçə il əvvəl "Country Yutes" adlı debüt albomunu buraxıb.

“Məqsədim “Qremmi” mükafatını qazanmaqdır. Bundan başqa çox yox, dostlarımla gündə altı saat domino oynayıram”, - deyə AS sprinterin sözlərindən sitat gətirib.

Xatırladaq ki, Useyn Bolt ardıcıl üç Olimpiadada (Pekin-2008, London-2012 və Rio- 2016) 100 və 200 m məsafəyə qaçışda çempion olan yeganə idmançıdır.