"Real Madrid"dən final öncəsi rəsmi açıqlama
BOK
26.04.2025, 03:32
“Kral Kuboku”nun final qarşılaşması ərəfəsində "Real Madrid"in oyunda iştirakdan imtina edəcəyi ilə bağlı yayılan iddialara klub tərəfindən rəsmi cavab verilib. “Olimpnews.az” xəbər verir ki, Madrid təmsilçisinin yaydığı bəyanatda bu məlumatların əsassız olduğu vurğulanıb və komandanın finalda iştirakdan imtina etməyi heç vaxt düşünmədiyi bildirilib: “Son saatlarda yayılan şayiələrə cavab olaraq bildirmək istəyirik ki, komandamız sabahkı final oyununda iştirakdan imtina etməyi heç vaxt nəzərdən keçirməyib”. Klub, final qarşılaşmasına təyin olunmuş hakimlərin 24 saat qalmış verdikləri bəzi açıqlamaları “təəssüf doğuran və yersiz” adlandıraraq, bunun kimi mühüm və qlobal əhəmiyyətli bir idman tədbirinin nüfuzuna təsir edə bilməyəcəyini vurğulayıb: “Klubumuz hesab edir ki, bu qarşılaşma üçün təyin olunmuş hakimlərin finaldan 24 saat əvvəl verdikləri təəssüf doğuran və yersiz bəyanatlar, yüz milyonlarla insanın izləyəcəyi bu qlobal əhəmiyyətli idman tədbirinin nüfuzuna kölgə sala bilməz. Bu həm də Sevilyaya yollanmağı planlaşdıran və artıq Andalusiya paytaxtında olan bütün azarkeşlərə olan hörmətin göstəricisidir”. Açıqlamanın sonunda "Real Madrid" hakim qərəzinə baxmayaraq, futbola və idman prinsiplərinə sadiq qaldıqlarını bir daha vurğulayıb: “Real Madrid hesab edir ki, bu gün bir daha klubumuza qarşı açıq şəkildə nümayiş etdirilən qərəz və düşmən münasibətə baxmayaraq, futbola xas olan dəyərlər üstün olmalıdır”. Xatırladaq ki, “Barselona” və “Real Madrid” bu gün İspaniya Kral Kubokunun finalında üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq və Sevilyadakı “La Kartuja” stadionunda keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı
15.05.2026, 22:38 Güləş
-
Üç sərbəst güləşçimuz U-17 Avropa çempionatının finalında
15.05.2026, 22:08 Gündəm
-
Vitse-prezident üzgüçülük üzrə milli komanda ilə görüşüb - FOTO
15.05.2026, 21:52 Su idman növləri
-
"Araz-Naxçıvan"dan inamlı qələbə
15.05.2026, 21:43 Futbol
-
IV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş olub
15.05.2026, 20:26 Futbol
-
UFC Bakı gecəsinin bilet qiymətləri açıqlandı
15.05.2026, 12:13 Gündəm
-
UEFA lisenziyalı məşqçilik kursları üçün təlim
15.05.2026, 11:51 Futbol
-
AİA-da şəhər mühitində fiziki aktivlik və idman infrastrukturuna dair beynəlxalq simpozium keçirilib
15.05.2026, 11:26 Futbol
-
Misli Premyer Liqasında XXXII tur başlayır
15.05.2026, 10:12 Futbol
-
Naxçıvanda respublika birinciliyi keçirilib
14.05.2026, 23:33 Boks
-
Stolüstü tennisçimiz beynəlxalq turnirdə fərqləndi
14.05.2026, 23:01 Gündəm
-
Güləşçilərimizin Los-Anceles-2028 yolu müəyyənləşdi
14.05.2026, 22:58 Olimpizm xəbərləri
-
Cüdoçularımız Avropa çempionatında çıxış edəcəklər
14.05.2026, 22:53 Cüdo
-
Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
14.05.2026, 21:55 Taekvondo
-
Paralimpiya çempionumuz xüsusi mükafata layiq görülüb
14.05.2026, 21:29 Olimpizm xəbərləri
-
Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı
14.05.2026, 21:02 Gündəm
-
3 qadın güləşçimiz Avropa üçüncüsü ola bilər
14.05.2026, 20:39 Güləş
-
"AGF Trophy” turnirinin ilk gün yekunlaşdı
14.05.2026, 19:47 Gimnastika
-
Yüksək Liqada bürünc mükafatçı müəyyənləşdi
14.05.2026, 18:44 Futbol
-
Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
14.05.2026, 15:09 Olimpiya dünyası
-
9 ildən sonra
14.05.2026, 13:38 Futbol
-
"Bakı–Xankəndi" yarışının V mərhələsinin qalibi müəyyənləşib
14.05.2026, 13:12 Velosiped
-
“Sabah” - tarixin 5-cisi, Dambrauskas ilkə imza atdı
14.05.2026, 13:07 Futbol
-
"Neftçi"nin apellyasiya şikayəti təmin edilməyib
14.05.2026, 12:30 Futbol
-
"İnter" 10-cu dəfə İtaliya Kubokunu qazandı
14.05.2026, 11:50 Futbol
-
Futzal turnirinə yekun vurulub
14.05.2026, 11:26 Futbol
-
Messi yenə təəccübləndirdi
14.05.2026, 11:06 Futbol
-
PSJ 14-cü dəfə Fransa çempionu oldu
14.05.2026, 10:40 Futbol
-
Levandovski "Barselona"nı tərk edir
14.05.2026, 10:15 Futbol
-
AGF-də yeni komitə təsis edilib
14.05.2026, 09:17 Güləş
-
"Bakı–Xankəndi" velosiped yarışına bu gün yekun vurulacaq
14.05.2026, 08:06 Velosiped
-
"Sabah" klubu mükafatlandırıldı
13.05.2026, 23:04 Futbol
-
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
13.05.2026, 22:30 Gündəm
-
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu
13.05.2026, 22:00 Futbol