"Tottenhem"in yeni hədəfi müəyyənləşib

"Tottenhem"in yeni hədəfi müəyyənləşib

"Milan"ın portuqaliyalı yarımmüdafiəçisi Rafael Leaonun "dumanlı Albion"da çıxış etmək imkanı yaranıb.
Olimpnews.az Delinedaylive hesabına istinadən xəbər verir kii, "Tottenhem" onunla müqavilə bağlamaqda maraqlıdır. 
Qeyd edək ki, 26 yaşlı portuqaliyalı oyunçunun bazar dəyəri 70 milyon avro qiymətləndirilir. Leao "rossoneri" ilə 2028-ci ilin iyun ayının sonuna qədər müqavilə öhdəliklərinə malikdir. Ötən mövsüm o, A Seriyasında 34 oyunda 8 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.