Cüdo millimiz Braziliyada beynəlxalq təlim-məşq düşərgəsində iştirak edir 

Cüdo millimiz Braziliyada beynəlxalq təlim-məşq düşərgəsində iştirak edir 

Azərbaycanın kişilərdən ibarət cüdo yığması Braziliyanın San-Paulu şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. 

Olimpnews.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, toplanışa Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədovla Robert Kravçik rəhbərlik edirlər. 

İki həftə davam edəcək toplanış milli komandamızın V İslam Həmrəyliyi Oyunlarına hazırlığının vacib mərhələsidir.