Norveçli futbolçu Premyer Liqadan təklif alıb

Norveçli futbolçu Premyer Liqadan təklif alıb

Madrid "Atletiko"sunun mərkəz hücumçusu Alexander Sörlot karyerasını İngiltərə Premyer Liqasında davm etdirə bilər. «Fichajes»in məlumatına görə, norveçli futbolçu "Nyukasl" klubunun maraq dairəsinə düşüb. İngiltərə klubunun rəhbərləri Sörlotun transferi üçün 50 milyon avro təklif etməyə hazırdır. Qeyd edək ki, Aleksandr bu mövsüm "Atletiko"nun heyətində 11 oyuna çıxıb və 2 qol vurub. Onun Madrid  klubu ilə 2028-ci ilin ortalarına qədər müqaviləsi var.