Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, bu, səfərdə "Araz-Naxçıvan"a minimal hesabla (0:1) qalib gələn "Kəpəz" klubu olub. Qonaqlara qələbə qazandıran yeganə topu matçın 115-ci dəqiqəsində Ryonosuke Ohori "Araz-Naxçıvan"nın qapısından keçirib. "Kəpəz"in 1/4 finaldakı rəqibi "Turan Tovuz" olacaq.


