Avropa Kubokunun ilk günündə 5 medal

Avropa Kubokunun ilk günündə 5 medal 

Cüdo

Bugün, 20:28

Bu gün Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turnirinə start verilib. 

Olimpnews.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk yarış günündə milli komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanıb. 

Mükafatların üçü -66 kq çəki dərəcəsində əldə olunub. İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Elşən Əsədov ikinci yeri tutaraq gümüş, Nizami İmranov isə bürünc medala sahib çıxıb. Digər bürünc medallara Babarəhim Mirzəyev (-60 kq) və Rüfət Şövlətov (-73 kq) yiyələniblər. Qeyd edək ki, mayın 10-dək davam edəcək beynəlxalq turnirdə Azərbaycan komandası medalların əyarına görə 18 ölkə arasında ikinci pillədə qərarlaşır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR