AŞF-də şahmat üzrə dünya çempionu ilə görüş keçirilib

AŞF-də şahmat üzrə dünya çempionu ilə görüş keçirilib

Şahmat

Bugün, 09:10

Azərbaycan Şahmat Federasiyasında (AŞF) 14 yaşadək qızlar arasında dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib.

Olimpnews.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

İtaliyada karyerasının ən böyük uğuruna imza atan şahmatçını təbrik edən federasiyanın prezidenti Mahir Məmmədov Zəhranın əzmkar mübarizəsini yüksək qiymətləndirib. AŞF rəhbəri bundan sonra da Zəhra Allahverdinin şahmatçı kimi inkişafı üçün lazımi köməkliyin göstəriləcəyini bildirib.

M. Məmmədov növbəti yarışlara daha yaxşı hazırlaşmaq üçün dünya çempionuna son model kompüter hədiyyə edib.

Xatırladaq ki, iyunda İtaliyanın Montesilvano şəhərində 14 yaşadək qızlar arasında yarışda Zəhra Allahverdi 9 xalla dünya çempionatının qalibi olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR