Basketbolçular dörddə bir final mərhələsində yarışırlar

Basketbolçular dörddə bir final mərhələsində yarışırlar



Ölkəmizdə IV İslam Oyunları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.

Mayın 20-də IV İslam Həmrəyliyi Oyunları çərçivəsində basketbol 3x3 yarışlarında qadınların və kişilərin mübarizəsində dörddəbir final mərhələsinə start verilib.
İlk görüşdə qadınların yarışında Mali və Fələstin yığmaları qarşılaşırlar.