Murtuzəli Müslümov gümüş medalla kifayətləndi

Murtuzəli Müslümov gümüş medalla kifayətləndi



Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına mayın 17-də start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır.

Mayın 20-də Azərbaycan pəhləvanı Murtuzəli Müslümov IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarında gümüş medalla kifayətlənməli olub.
70 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz həlledici görüşdə İran təmsilçisi Mostafa Hosseynxani ilə üz-üzə gəlib. Qarşılaşma 0:10 hesabı ilə iranlı pəhləvanın xeyrinə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.