FUTBOL
"Monterrey" - "İnter" oyununda qalib müəyyənləşmədi
Futbol üzrə Klublararası dünya çempionatında E qrupunun daha bir qarşılaşması keçirilib.
Olimpnews.az xəbər verir ki, Meksikanın "Monterrey" klubu birinci tur çərçivəsində İtaliyanın "İnter" komandası ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Qarşılaşmada hesabı 25-ci dəqiqədə şimali amerkalılar açıb. İspaniyalı futbolçu Serxio Ramos fərqlənib. Lakin birinci hissənin sonlarına yaxın Milan təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. UEFA Çempionalr Liqasının finalçısı Lautaru Martinezin 42-ci dəqiqədə vurduğu qol sayəsində hesabdakı tarazlığı bərpa edib. Beləliklə, tərəflər meydandan hərəyə bir qol və bir xalla ayrılıblar.
Bu oyundan sonra E qrupuna 3 xalla Argentinanın “River Pleyt” klubu basçılıq edir. “Monterrey” və “İnter” isə hərəyə bir xalla ikinci, üçüncü yerləri bölüşürlər. İlk oyunda “River Pleyt”ə 3:1 hesabı ilə məğlub olan “Urava Reds Diamonds” klubu isə sonuncudur. Yaponiya təmsilçisinin aktivində xal yoxdur.
Qeyd edək ki, E qrupunda növbəti oyunlar iyunun 21-22-də keçiriləcək. Həmin oyunlarda “İnter” “Urava Reds Diamonds”la, “River Pleyt” isə “Monterrey”lə üz-üzə gələcək.
Paylaş :