FUTBOL
"Atletiko" "Napoli"dən hücumçu alır
İspaniyanın Madrid "Atletiko"su La Liqanın startına qədər heyətini daha bir futbolçu ilə gücləndirəcək.
Olimpnews.az xəbər verir ki, İspaniya təmsilçisi İtaliyanın "Napoli" klubunun hücumçusu Giakomo Raspadirini heyətinə cəlb edəcək. Madrdililər 25 yaşlı hücumçunun transferi üçün qarşı tərəfə 22 milyon avro ödəyəcək. Müqavilədə 4 milyon avroluq əlavə bonuslar da yer alıb.
Paylaş :